Bank Of Baku

Əli Həsənov: “Azərbaycanda dövlət tərəfindən maliyyələşən QHT-lər beynəlxalq donorlarla işləyənlərlə müqayisədə dövlətdən daha az asılıdır”

Əli Həsənov: “Azərbaycanda dövlət tərəfindən maliyyələşən QHT-lər beynəlxalq donorlarla işləyənlərlə müqayisədə dövlətdən daha az asılıdır”
# 25 noyabr 2010 07:59 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan baş nazirinin müavini Əli Həsənov bildirib.

Azərbaycanda dövlət tərəfindən maliyyələşən QHT-lərin beynəlxalq donorlarla işləyənlərlə müqayisədə dövlətdən daha az asılı olduğunu deyən Ə. Həsənovun sözlərinə görə, buna səbəb vəsaitin QHT-lərə birbaşa deyil, Şura tərəfindən verilməsidir.

“Hesab edirəm ki, bu, keçid dövrüdür və QHT-lər özlərini formalaşdırana qədər davam edəcək. Hesab edirəm ki, bu gün QHT-lərə dövlətin dəstəyi var və zəruridir. Bəzi beynəlxalq qurumlar nə deyirlər, nə yazırlar bir tərəfə, müstəqilliyin 19 ili ərzində Azərbaycanda vətəndaş cəmiyyəti xeyli inkişaf edib”, - deyə baş nazirin müavini vurğulayıb.

Ə. Həsənov hesab edir ki, dövlət prioritet sahələri özündə saxlamaqla, bəzi sahələri tədricən QHT-lərə ötürməlidir: “Bununla, hökumətin yükü yüngülləşmiş olar. Dövlət əsas prioritet sahələrlə məşğul olmalıdır. Artıq bu proses gedir”.

Baş nazirin müavini əlavə edib ki, hazırda Azərbaycanda QHT-lərin fəaliyyəti üçün zəruri olan bütün şərait yaradılıb. Hazırda Azərbaycanda 2600-dən artıq QHT var və onun 107-si beynəlxalq QHT-dir.

Hökumət rəsmisi bəzi ölkələrin özlərində mövcud olan vətəndaş cəmiyyəti modelini digər ölkələrdə tətbiq etməyə cəhd göstərdiklərini vurğulayıb: “Bəzi ölkələr vətəndaş cəmiyyətinin inkişafı üçün öz təcrübələrini bəzi ölkələrə tətbiq edir, bəzən də buna cəhd edirlər. Mənim bu məsələyə şəxsi baxışım var. Hesab edirəm ki vətəndaş cəmiyyətinin inkişafında vahid forma yoxdur ki, onu hər ölkədə tətbiq edəsən. Hər bir ölkənin, millətin yaşayış tərzi, milli mentaliteti var. Bu sahədə hansısa dövlətə vahid formanı yeritmək istəməsi doğru deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR