Bank Of Baku

Azərbaycanda qeydiyyatda olan 56 min əlil uşaqdan yalnız 14 mini təhsil alır

Azərbaycanda qeydiyyatda olan 56 min əlil uşaqdan yalnız 14 mini təhsil alır
# 25 noyabr 2010 09:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “UNİCEF gələcəkdə uşaqların ana südü ilə qidalandırılmasında mövcud olan problemləri aradan qaldırmaq üçün Heydər Əliyev Fondu və Səhiyyə Nasirliyi ilə sıx əməkdaşlığı davam etdirəcək”. Bu fikirləri APA-ya açıqlamasında UNİCEF-in Azərbaycanda nümayəndəliyinin rəhbəri Mark Herevard deyib. Onun sözlərinə görə, ana südü ilə qidalandırılmada yaranan problemlərdən biri də odur ki, heç də hamı ana südünün vacibliyini bilmir: “Digər baryer odur ki, işləyən qadın hər zaman işdən gəlib körpəsini yedizdirə bilmir. Ona görə də ana südü ilə qidalandırmanı azaldan bütün faktorları nəzərdən keçirəcəyik və bu istiqamətdə işlərimizi davam etdirəcəyik”.

M. Herevard bildirib ki, hazırda UNİCEF uşaqların əlilliyi ilə bağlı müxtəlif işlər görür: “Biz əlliyə gətirə biləcək halları əvvəldən bilmək üçün Səhiyyə Nazirliyi ilə işləyirik. Eyni zamanda, Təhsil Nazirliyi və müəllimlərlə də birgə işləyirik ki, onlar öz təhsil müəssisələrinə əlilliyi olan uşaqları qəbul etməyə hazır olsunlar. Əlilliklə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün biz Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq edirik”.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin sözlərinə görə, Azərbaycanda 56 min əlil usaq qeydiyyatda olsa da, onlardan yalnız 14 mini təhsil alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR