Bank Of Baku

Tacikistan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri Azərbaycana gəlib

Tacikistan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri Azərbaycana gəlib
# 25 noyabr 2010 10:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Tacikistan Fövqəladə Hallar Nazirliyinin 7 mütəxəssisindən ibarət heyət partlamamış hərbi sursatların zərərsizləşdirilməsi əməliyyatları ilə tanış olmaq üçün Azərbaycana gəlib. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Tacikstan heyəti ANAMA-nın Göygöl bazasına gedərək burada partlamamış hərbi sursatların zərərsizləşdirilməsi əməliyyatları üzrə mütəxəssislərin hazırlanması ilə tanış olub. ANAMA-nın Təlim Qrupunun rəhbəri Elnur Qasımov bildirib ki, bu gün nümayəndə heyəti keçmiş sovet ordusuna məxsus hərbi bazada aparılan əməliyyatlarla tanış olmaq üçün Ağstafa rayonunun Saloğlu kəndinə gedib.

Səfərin yekununda Tacikistan nümayəndə heyəti ANAMA-nın baş qərargahında əməkdaşlığın perspektivlərinə dair müzakirə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR