Bank Of Baku

Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Müqəddəsliyə aparan yol” kitabın təqdimatı keçirilib

Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Müqəddəsliyə aparan yol” kitabın təqdimatı keçirilib
# 25 noyabr 2010 11:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan Klubunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Müqəddəsliyə aparan yol” kitabın təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AYB katibi Arif Əmrahoğlu Mübariz İbrahimovun qəhrəmanlığından danışıb: “Vətənin böyüklüyü onun sıravi vətəndaşlarının böyüklüyü ilə müəyyən olunur. Mübariz İbrahimov əsil qəhrəmanlıq, igidlik, cəsurluq simvolu kimi yaddaşlarda qaldı. O, ömrünün mənasını yalnız doğma Vətənə xidmətdə görüb və Vətənin uğrunda da şəhid oldu”.

Kitabın müəllifləri Əlibala Məhərrəmzadə və Sabir Hüseynovdur. Müəlliflər qeyd ediblər ki, kitabın hazırlığına Mübariz İbrahimov şəhid olandan bir həftə sonra başlanılıb. Kitab 1000 tirajla çap olunub, redaktoru Tamxil Ziyəddinoğludur. Kitabda dövlət rəsmilərinin və Azərbaycanın tanınmış simalarının, həmçinin yaxınlarının Mübariz İbrahimov haqqında fikirləri və xatirələri, Milli Qəhrəmanının fotoları yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR