Bank Of Baku

Budapeştdə beynəlxalq elmi konfrans keçirilib

Budapeştdə beynəlxalq elmi konfrans keçirilib
# 25 noyabr 2010 12:54 (UTC +04:00)
Bakı-APA. Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda keçirilən beynəlxalq elmi konfrans öz işini başa çatdırıb. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu ölkədəki səfirliyinin Azərbaycan və Macarıstan Elmlər Akademiyaları, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birlikdə keçirdiyi konfransda dörd gün ərzində 50-yə yaxın elmi məruzə dinlənmiş və geniş müzakirələr keçirilib. Azərbaycan, Macarıstan, Türkiyə, Ukrayna, Polşa və Bolqarıstandan olan alimlərin qatıldıqları elmi diskussiyalarda tarix, arxeologiya, etnoqrafiya, dil, ədəbiyyat, musiqi, iqtisadiyyat və sair sahələr diqqət mərkəzində olub. Konfransın gedişində həmçinin ötən ilki IV konfransın iki cilddə çap olunmuş materiallarının təqdimat mərasimi keçirilib. Konfransın işinə yekun vuran Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev beynəlxalq elmi tədbiri Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik korpusun qarşısında qoyduğu informasiya hücumunun həyata keçirilməsi istiqamətindəki növbəti addım kimi dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR