Bank Of Baku

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Xəzər İnvestisiya Mərkəzi və Moldovanın İnnovasiya və Texnoloji Transfer Agentliyi arasında Memorandum imzalanıb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Xəzər İnvestisiya Mərkəzi və Moldovanın İnnovasiya və Texnoloji Transfer Agentliyi arasında Memorandum imzalanıb
# 25 noyabr 2010 13:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Dekabrın 2-3-də Bakıda “ECA 2010 - Yüksək innovasiya: Gənc sahibkarlar və yeni biznesin təşkili üçün investisiya hazırlığı və biznes inkubasiya infrastrukturunun möhkəmləndirilməsi” mövzusuna həsr olunan Şərqi Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları və Texnologiya Parkları Şəbəkəsinin (ECAbit) V beynəlxalq konfransı keçiriləcək. APA-nın məlumatına görə, bunu Gənclər və İdman Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini İntiqam Babayev deyib.

Gənclər və İdman Nazirliyi, Xəzər İnvestisiya Mərkəzi və ECAbit şəbəkəsinin təşkilatçılığı, Dünya Bankının İnfoDev rpoqramının dəstəyi ilə keçiriləcək konfransda məqsəd innovasiya vasitəsilə iqtisadi və sosial inkişafa nail olan təcrübəni öyrənmək, biznes inkubatorlarının fəaliyyətlərinə dair beynəlxalq təcrübəni bölüşmək və bu prosesə gənc sahibkarları cəlb etməkdən ibarətdir.

İ. Babayev bildirib ki, konfransda innovasiya və biznes inkubasiya sahəsində çalışan 80 nəfərdən çox yerli və beynəlxalq ekspert iştirak edəcək. Konfrans çərçivəsində Dünya Bankının İnfoDev proqramı, Finlandiya hökuməti və “Nokia” şirkəti arasında həyata keçirilən “İnformasiya iqtisadiyyatında davamlı biznesin qurulması” proqramı müzakirə ediləcək və növbəti illərə dair fəaliyyət strategiyası hazırlanacaq.

Tədbirin sonunda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Xəzər İnvestisiya Mərkəzi və Moldovanın İnnovasiya və Texnoloji Transfer Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR