Bank Of Baku

“Məişət zorakılığının qarşısının alınması üzrə qanunun implementasiyası, təcrübə mübadiləsi” mövzusunda dəyirmi masa keçirilib - FOTO

“Məişət zorakılığının qarşısının alınması üzrə qanunun implementasiyası, təcrübə mübadiləsi” mövzusunda dəyirmi masa keçirilib - <font color=red>FOTO</font>
# 25 noyabr 2010 14:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin təşkilatçılığı ilə Bakıda “Məişət zorakılığının qarşısının alınması üzrə qanunun implementasiyası, təcrübə mübadiləsi” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, BMT Baş Assableyasının qərarı ilə 25 noyabr “Qadınlara qarşı zorakılığın ləğv edilməsi üzrə Beynəlxalq Gün” kimi elan edilib. Onun sözlərinə görə, zorakılığın qarşısını almaq üçün əsas şərtlər qadın hüquqlarının müdafiəsi, qadınların öz potensiallarını reallaşdırılması üçün geniş imkanların yaradılması, qadın və kişilər arasında bərabərliyə nail olunmasıdır. Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində istər hüquqi səviyyədə, istərsə də təcrübədə mühüm addımlar atılır: “Lakin təəssüflə qeyd etməliyik ki, bu gün bütün dünyada böyük aktuallıq kəsb etmiş bir sıra qadın problemləri, o cümlədən məişət zorakılığı, qadın hüquqlarının pozulması kimi hallar, az miqyasda olsa da, ölkəmizdə də mövcuddur. Bu problemlər, ilk növbədə, ondan irəli gəlir ki, bir çox qadınlarımız öz hüquqlarını bilmir, dövlətin verdiyi imkanlardan lazımınca istifadə etməyi bacarmırlar. Bu baxımdan dövlət qadın siyasətinin davamı olaraq, Milli Məclisdə qəbul edilmiş “Məişət zorakılığına qarşı mübarizə haqqında” qanun böyük əhəmiyyətə malikdir. Qanun hazırlanarkən əsas məqsəd bu prosesə mümkün olduqca cəmiyyətin geniş təbəqələrini cəlb etmək idi”.

Fransanın Paris şəhərinin prokuror müavini Fransuaz Giyo isə ölkəsinin məişət zorakılığı ilə bağlı qanunvericiliyi barədə tədbir iştirakçılarına məlumat verib. Bu problemin bütün dünyanı əhatə etdiyini deyən qonaq qeyd edib ki, Fransa qanunvericiliyində zorakılığın müxtəlif formaları göstərilib. O, Fransa cəmiyyətində bu problemin yalnız dövlətin problemi kimi qəbul edilmədiyini, onun cəmiyyətdə yaşayan bütün insanların problemi olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR