Bank Of Baku

Bakıda “Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər” mövzusunda beynəlxalq elmi konfransı keçirilir - FOTO

Bakıda “Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər” mövzusunda beynəlxalq elmi konfransı keçirilir - <font color=red>FOTO</font>
# 25 noyabr 2010 15:07 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər” mövzusunda iki günlük beynəlxalq elmi konfrans başlayıb. APA məlumatına görə, konfransı giriş sözü ilə ADU-nun rektoru, professor Səməd Seyidov açaraq, Avropanın bir çox ölkələrindən, eləcə də ABŞ, Koreya, Hindistandan olan nüfuzlu alimlərin mədəniyyətlərarası dialoq kimi vacib məsələni Azərbaycanın elm və təhsil ictimaiyyəti ilə bölüşmək üçün Bakıya gəldiklərini qeyd edib. Elmi inkişafın əsas istiqamətlərindən birinin də alimlərin fikir mübadiləsi olduğunu bildirən S. Seyidov millətlərarası və mədəniyyətlərarası dialoqun böyük əhəmiyyətə malik olduğunu qonaqların nəzərinə çatdırıb.
Təhsil nazirinin müavini İradə Hüseynova nazir Misir Mərdanovun salamlarını konfrans iştirakçılarına çatdırıb və konfransın böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Milli Məclisin üzvü Rəbiyyət Aslanova da çıxış edərək mədəniyyətlərarası dialoqun vacib xarakter daşıdığını qeyd edib və əlavə edib ki, bu cür konfranslar da məhz bu amilə xidmət edir.

Konfransda professorlar Ayşə Nur Tekmen (Türkiyə), Hans Verner Huneke (Almaniya), Dae Sunq Kim (Koreya), Massimo Bianki (İtaliya), Slaheddin Dçixa (Fransa), İona Sarıyeva (Bolqarıstan), Vasumati Badrinatan (Hindistan) və Gürcüstandan olan akademik Boris İmnadze çıxış ediblər.

Qeyd edək ki, konfrans öz işini sabah davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR