Bank Of Baku

Yaponiya şirkəti Azərbaycandakı əlillərə 25 əlil arabası bağışlayıb

Yaponiya şirkəti Azərbaycandakı əlillərə 25 əlil arabası bağışlayıb
# 25 noyabr 2010 15:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Protez Ortopedik Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və «Kosugi Zohen Co. Ltd.» (yapon bağça salma şirkəti) tərəfindən əlillər üçün 25 ədəd əlil arabasının bağışlanmasının təqdimat mərasimi keçirilib. Bu barədə APA-ya Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Tədbirdə şirkətin prezidenti Saki Kosugi, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şuşuke Vatanabe iştirak edib.

Mərasimdə çıxış edən “Kosugi Zohen Co. Ltd.” şirkətinin prezidenti Saki Kosugi bildirib ki, Protez Ortopedik Mərkəzinə əlil arabalarının bağışlanması Yaponiya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin daha da inkişaf etməsinə kömək edəcək.

Qeyd edək ki, Saki Kosugi 2009-cu ildə İsmayıllı rayonunda açılmış Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində Yapon bağı guşəsinin inşaatını aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR