Bank Of Baku

“Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanlarının artırılmasına dəstək” layihəsinə həsr olunmuş konfrans keçirilib

“Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji  hüquqlarına dair imkanlarının artırılmasına dəstək” layihəsinə həsr olunmuş konfrans keçirilib
# 26 noyabr 2010 08:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bakıda Azad İstehlakçılar Birliyinin (AİB) Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanlarının artırılmasına dəstək” layihəsinə həsr olunmuş konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycanda fəaliyyət göstərən bir sıra dövlət və hökumət strukturlarının, QHT-lərin, həmçinin Beynəlxalq İstehlakçı Təşkilatının nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən AİB sədri Eyyub Hüseynov layihə barədə məlumat verib. Təşkilat rəhbəri bildirib ki, layihə Aran zonasında 33 kənd bələdiyyəsini əhatə edib və Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala rayonlarının kənd bələdiyyələrinə 10 kompüter, mebel dəstləri, bələdiyyə məlumat lövhələri və s. verilməklə, çoxsaylı treyninqlər keçirməklə, bələdiyyələr üçün məlumat bazası yaradılmaqla tamamlanıb. Layihə çərçivəsində 7 layihə əməkdaşı Türkiyədə 7 günlük tanışlıq səfərində olub, bu ölkədə bələdiyyələrin fəaliyyəti və iş prinsipi ilə maraqlanıb. Həmçinin “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təklif edilib.

Tədbir müzakirələrlə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR