Bank Of Baku

Gəncədə tələbələrin “Fundamental və Tətbiqi Elmlərin İnnovasiyası” mövzusunda konfransı keçirilir

Gəncədə tələbələrin “Fundamental və Tətbiqi Elmlərin İnnovasiyası” mövzusunda konfransı keçirilir
# 26 noyabr 2010 08:21 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncədə fəaliyyət göstərən universitetlərin birgə “Fundamental və Tətbiqi Elmlərin İnnovasiyası” mövzusunda iki günlük konfrans başlayıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər İcra Hakimiyyəti, Gəncədəki universitetlərin elmi şuralarının dəstəyi ilə təşkil edilmiş konfrans Azərbaycan Dövlət Aqrar Universitetinin akt zalında baş tutub.
Tədbirin əsas məqsədi bakalavr və magistrlərin elmi-tədqiqat fəaliyyətinin inkişafı və tələbə-gənclərin müasir aktual sahələr üzrə araşdırmalara cəlb edilməsi məsələlərinin müzakirəsidir. Konfransda müxtəlif sahələr üzrə çalışan alimlər və gənc tədqiqatçılar texniki, humanitar və aqrar elmlər bölmələrində məruzələrlə çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR