Bank Of Baku

Azərbaycan ərazisində yağmursuz hava şəraiti proqnozlaşdırılır

Azərbaycan ərazisində yağmursuz hava şəraiti proqnozlaşdırılır
# 26 noyabr 2010 09:22 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 17-19, axşam 12-14 dərəcə isti olacaq.

Noyabrın 27-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12, gündüz 14-16 dərəcə isti olacaq.

Noyabrın 28-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb, qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12, gündüz 16-18 dərəcə isti olacaq.

Noyabrın 29-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək, günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 27-də hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 5-8, gündüz 14-17, dağlarda gecə 4-6, gündüz 10-14 dərəcə isti olacaq.

Noyabrın 28-29-da da hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu noyabrın 28-də Aran rayonlarında gecə 6-9, gündüz 17-20, noyabrın 29-da Aran rayonlarında 14-16, dağlarda gecə 3-7, gündüz 14-18, 29-da dağlarda gündüz 9-13 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR