Bank Of Baku

“Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda beynəlxalq konfrans yekunlaşıb

“Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda beynəlxalq konfrans yekunlaşıb
# 26 noyabr 2010 10:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakıda Azərbaycan Respublikası Prezidenti yanında Qeyr-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda keçirilən beynəlxalq konfrans işini yekunlaşdırıb. APA-nın xəbərinə görə, konfransın sonunda Bakı Bəyannaməsi qəbul olunub.

Bəyannamədə bildirilir ki, vətəndaş cəmiyyətinin davamlı inkişafına münbit şəraitin yaradılması üçün hüquqi bazanın təkmilləşdirilməsində regional və beynəlxalq əməkdaşlıq genişləndirilməli, beynəlxalq əməkdaşlıq şəbəkəsi qurulmalı, region və beynəlxalq əhəmiyyətli layihələrdə birgə iştirak təmin olunmalı, o cümlədən yeni imkanların öyrənilməsi üçün bu formatda konfranslar növbəti illərdə də keçirilməlidir.

Qeyd edək ki, beynəlxalq konfransda 25 ölkənin nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR