Bank Of Baku

Bakıda gənc oftalmoloqların IV elmi konfransı keçiriləcək

Bakıda gənc oftalmoloqların IV elmi konfransı keçiriləcək
# 26 noyabr 2010 10:56 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Dekabrın 3-də Bakıda Səhiyyə Nazirliyi və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Oftalmologiyanın müasir aspektləri” adlı gənc oftalmoloqların IV elmi konfransı keçiriləcək. Mərkəzdən APA-ya verilən məlumata görə, tədbirdə oftalmologiyanın aktual problemləri – oftalmologiyada diaqnostikanın yeni üsulları, fundamental problemləri, uşaq yaşlarının patologiyası, kataraktanın cərahiyyəsi və s. məsələlər müzakirə olunacaq. Tədbirdə Azərbaycan mütəxəssisləri ilə yanaşı, türkiyəli həkimlər də məruzə ilə çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR