Bank Of Baku

Azərbaycanda əlilliyin təyin olunması meyarları dəyişdiriləcək

Azərbaycanda əlilliyin təyin olunması meyarları dəyişdiriləcək
# 26 noyabr 2010 13:33 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, 2011-ci il dövlət büdcəsinin təsdiqlənməsi barədə fərmanda prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) bununla bağlı tapşırıq verib.

Fərmana əsasən, Nazirlik əmək bazarının səmərəli tənzimlənməsi və məşğulluğun təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir. Fərmanda aztəminatlı ailələrə yardımlar mexanizminin təkmilləşdirilməsi də nəzərdə tutulur. Nazirliyə tapşırılır ki, aztəminatlı ailələrin səmərəli məşğulluq səylərinin təşviqləndirilməsini və onların əmək bazarında fəal iştirakının dəstəklənməsini təmin etmək məqsədilə ünvanlı dövlət sosial yardımın verilməsi, sosial reabilitasiya proqramlarının tərtibi və tətbiqi ilə bağlı normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlasın.

Bundan başqa, ƏƏSMN əlillərin səmərəli sosial müdafiəsini təmin etmək məqsədilə əlilliyin təyin olunma meyarları və qaydalarının təkmilləşdirilməsinə dair təkliflərini, bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR