Bank Of Baku

Azərbaycan FHN-in nümayəndə heyəti Belarusda rəsmi səfərdə olub

Azərbaycan FHN-in nümayəndə heyəti Belarusda rəsmi səfərdə olub
# 26 noyabr 2010 13:49 (UTC +04:00)
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti ilə Belarus fövqəladə hallar naziri Ənvər Bariyevin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində atılacaq addımlar barəsində geniş fikir mübadiləsi aparılıb.

Sonra Belarus Respublikasının yeni yanğınsöndürmə texnologiyaları və xilasedicilərin təchizatı ilə tanış olan Azərbaycan nümayəndə heyətinə neft rezervuarlarında yanğınların söndürülməsi üçün tətbiq olunan yanğınsöndürmə vasitələri barədə məlumat verilib.

Səfər çərçivəsində K. Heydərov Minskdə Belarus FHN-nin Mühəndis-Komandirlər İnstitutunda təhsil alan azərbaycanlı müdavimlərlə də görüşüb.

Səfərin yekunu olaraq, “Belarus Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında 17 oktyabr 2006-cı il Minsk şəhərində imzalanmış Sazişin həyata keçirilməsi üzrə 2011-2013-cü illər üçün tədbirlərin Kompleks Planı” imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR