Bank Of Baku

Azərbaycanda yeyinti sənayesi üzrə 661 obyektin fəaliyyəti dayandırılıb

Azərbaycanda yeyinti sənayesi üzrə 661 obyektin fəaliyyəti dayandırılıb
# 26 noyabr 2010 14:03 (UTC +04:00)
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, 26 obyektin istismarı dayandırılıb, 6 nəfər işdən kənarlaşdırılıb.

Ötən ay 738 nümunə bakterioloji müayinəyə cəlb edilib, onlardan yalnız 16-nın nəticələri qeyri-kafi olub. Fiziki-kimyəvi göstəricilərinə görə 912, toksikoloji göstəricilərinə görə 145, radioloji göstəricilərinə görə 26 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 13-də fiziki-kimyəvi göstəricilərə görə normativlərdən kənara çıxma müəyyən edilib.

Şadlıq evlərindən, ictimai iaşə obyektlərindən 3409 yaxma nümunəsi, 176 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 67-də, soyuq qəlyanaltıların 2-də mikrobioloji çirklənmə aşkarlanıb.

İ. Abdullayev deyib ki, ümumilikdə bu ilin yanvar-oktyabr ayları ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 1136 sahibkar cərimələnib, 661 obyektin istismarı dayandırılıb, 453 nəfər işdən kənarlaşdırılıb.

Bu ilin 10 ayı ərzində 7621 nümunə bakterioloji müayinəyə cəlb edilib, onlardan 159-nun nəticələri qeyri-kafi olub. Fiziki-kimyəvi göstəricilərinə görə 10956, toksikoloji göstəricilərinə görə 2202, radioloji göstəricilərinə görə 280 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 141-də fiziki-kimyəvi, 14-də toksikoloji göstəricilərinə görə normativlərdən kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən, ictimai iaşə obyektlərindən 42 624 yaxma nümunəsi, 1337 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 937-də, soyuq qəlyanaltıların 20-də mikrobioloji çirklənmə aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR