Bank Of Baku

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinin xilasedici qrupları üçün tədris kursu başa çatıb

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinin xilasedici qrupları üçün tədris kursu başa çatıb
# 26 noyabr 2010 14:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətində Şimal, Cənub və Qarabağ regional mərkəzlərinin xilasedici qrupları üçün keçirilən tədris kursu başa çatıb. Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Tədris prosesində xilasedicilərə FHN-in aidiyyəti qurumlarının, o cümlədən Xüsusi Riskli Xilasetmə Xidmətinin zabit və mütəxəssisləri tərəfindən xilasetmə işinin təşkili sahəsi üzrə 16 hazırlıq fənni üzrə ümumilikdə 453 saat təlim məşqləri keçirilib.

Tədrisdə məqsəd fövqəladə hallara çevik reaksiya verilməsini, onların nəticələrinin aradan qaldırılması zamanı fövqəladə hal zonasında əməliyyat şəraitini qiymətləndirməyi, aparılacaq axtarış və qəza-xilasetmə əməliyyatlarının həyata keçirilməsini, zərərçəkmişlərə ilk tibbi və psixoloji yardımın göstərilməsini, sağ qalmaq və həyat fəaliyyətini saxlamaq fəndlərini, müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatları zamanı riskin dərəcəsini müəyyənləşdirməyi, fiziki və mənəvi-psixoloji gərginliyə davam gətirməyi və s. öyrətmək olub.

Xilasedicilərə ictimai hazırlıq, xüsusi taktiki hazırlıq, tibbi hazırlıq, fiziki hazırlıq, alpinist hazırlığı da keçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR