Bank Of Baku

Azərbaycanın bütün təhsil müəssisələrində təhsil alanlar ərazi və ya tələbə poliklinikaları tərəfindən tibb xidməti ilə təmin ediləcəklər

Azərbaycanın bütün təhsil müəssisələrində təhsil alanlar ərazi və ya tələbə poliklinikaları tərəfindən tibb xidməti ilə təmin ediləcəklər
# 26 noyabr 2010 15:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili qaydası və normaları”nı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. Qərara əsasən bütün təhsil müəssisələrində iaşə və tibb xidməti sanitariya norma və qaydalarına uyğun təşkil olunmalıdır. Təhsil müəssisəsinin tipindən, növündən və tədris müddətindən asılı olaraq iaşə obyektləri bufet və (və ya) yeməkxana formasında təşkil edilməlidir. Bu iaşə xidməti təhsil müəssisəsi ilə hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında qanunvericiyə müvafiq təşkil olunmalıdır.

Təhsil müəssisələrində fəaliyyət göstərən iaşə obyektlərinin sanitariya-texniki vəziyyəti, xammal və məhsulların saxlanma şəraiti, istehsalat rejimi, istehsalat sahələri, avadanlıqlar və s. sanitariya norma və qaydalarına uyğun olmalı, qida blokunun (mətbəx, ərzaq məhsulları anbarı, qida qəbulu zalı, bufet, yeməkxana) işçiləri işə qəbul edilərkən Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada ilkin və sonradan dövri tibbi müayinələrdən keçməlidirlər.

Qaydalara əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq bütün təhsil müəssisələrində təhsil alanlar ərazi və ya tələbə poliklinikaları tərəfindən tibb xidməti ilə təmin ediləcəklər. Təhsil müəssisələrində təhsil alanlara ambulator tibb xidmətinin təşkili üçün həkim və ya tibb məntəqəsi yaradıla bilər. Hər bir təhsil müəssisəsi tərəfindən tibb xidmətinin təşkili üçün müvafiq sayda otaqlar və avadanlıqlar ayrılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR