Bank Of Baku

Prezident İlham Əliyev Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının mükafatlandırılması haqqında sərəncamlar imzalayıb

Prezident İlham Əliyev Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının mükafatlandırılması haqqında sərəncamlar imzalayıb
# 26 noyabr 2010 19:05 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarına fəxri adların verilməsi və “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalayıb. Bu barədə APA “Azərtac”a istinadən məlumat verir.

Sərəncamlara əsasən, Azərbaycan xalqının ədəbi-mədəni irsinin qorunması və təbliği işində xidmətlərinə görə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Şatikov Stanislav Afanasyeviç “Əməkdar Rəssam”, Babanlı Tomris Rəhimağa qızı, Hüseynova Sədaqət Niftalı qızı və Mahmudova İradə Qədirhüseyn qızı “Əməkdar Mədəniyyət İşçisi” adına layiq görülüblər, Hacıyev İlqar Vaqif oğlu, Mövlayeva Səmayə Ələkbər qızı və Şamilova Kübra Əsədulla qızı isə “Tərəqqi” medalı ilə təltif ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR