Bank Of Baku

Nazir: «Azərbaycanda yaşıllaşdırmadan sui-istifadə edənlər var»

Nazir: «Azərbaycanda yaşıllaşdırmadan sui-istifadə edənlər var»
# 27 noyabr 2010 12:09 (UTC +04:00)
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun «APA-Economics»ə verdiyi məlumata görə, indi istənilən təşkilat və ya ərazinin sakinləri müraciət etməklə yaşadıqları ərazini yaşıllaşdırmaq üçün nazirlikdən ağac ala bilərlər: «Biz təkcə Yevlax rayonuna 1 milyondan artıq ting vermişik».

Nazir vurğulayıb ki, burada mütləq məqsəd yalnız yaşıllaşdırma olmalıdır: «Əgər insanlar bu ağacları hər hansı sökülmüş binanın yerində əkirlər ki, burada heç kim tikinti aparmasın və bunlar bu məsələdən nə üçünsə istifadə etsinlər, onda biz bu məsələdə onlara kömək etmək fikrimiz yoxdur».

H.Bağırovun sözlərinə görə, paytaxtda artıq belə hallar qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR