Bank Of Baku

Hüseyn Bağırov: «Bayılda ağac əkməklə torpaq sürüşməsinin qarşısını almaq mümkün deyil»

Hüseyn Bağırov: «Bayılda ağac əkməklə torpaq sürüşməsinin qarşısını almaq mümkün deyil»
# 27 noyabr 2010 12:35 (UTC +04:00)
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun sözlərinə görə, ağac əkmə işləri Şəhidlər Xiyabanı ətrafındakı təpələrdə təqribən 60 hektar ərazidə aparılır.

«APA-Economics»in məlumatına görə, aksiya çərçivəsində indiyədək Bayıl yamacında 70 minə yaxın ağac əkilib və onların sayı 100 minə çatdırılacaq. Əkilən ağaclara qulluq üçün müvəqqəti suvarma sistemi qurulub.

Yeri gəlmişkən, indiyədək cəmiyyətdə formalaşmış təsəvvürün əksinə olaraq buradakı yaşıllaşdırma işlərinin əsas məqsədi mümkün torpaq sürüşməsinin qarşısını almaq deyil, ətrafı gözəlləşdirməkdir: «Bu yaşıllaşdırma sürüşməyə qarşı deyil, landşaft yaşıllaşdırması üçün aparılır, məqsəd çılpaq əraziləri gözəlləşdirmək və havanı təmizləməklə ekoloji vəziyyəti yaxşılaşdırmaqdır».

Nazirin sözlərinə görə, əkilən ağacların kökləri o qədər də dərinə getmədiyinə görə, sürüşmə proseslərinə ciddi təsiri yoxdur: «Sürüşmə adətən 6-7 metr dərinlikdən başlayır, amma yalnız bəzi ağacların kökləri bu dərinliyədək uzana bilir».

Ümumiyyətlə, H.Bağırovun sözlərinə görə, Bayıl ərazisindəki sürüşmənin qarşısını ağac əkməklə almaq mümkün deyil – bunun üçün köklər 10-12 metr dərinliyə getməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR