Bank Of Baku

Bu mövsüm Azərbaycanda 10 mln. ağacın əkilməsi planlaşdırılır

Bu mövsüm Azərbaycanda 10 mln. ağacın əkilməsi planlaşdırılır
# 27 noyabr 2010 12:44 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Ötən ilin dekabrın 10-dan bu ilin yaz mövsümünün sonunadək Bakıda 1000 hektar ərazidə 1,5 mln. ağac əkilib. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun «APA-Economics»ə verdiyi məlumata görə, bunun 800 mini Nazirliyin nəzdində yaradılmış «Azərlandşaft» SC tərəfindən əkilib, daha 400 min ağac Nazirlik tərəfindən ayrı-ayrı ali məktəblərə və təşkilatlara paylanıb, ağacların bir hissəsini isə yerli icra hakimiyyətləri əkib. Bu mövsümün sonunadək daha 1 mln. ağacın əkilməsi gözlənilir. Dövlət başçısının çağırışına uyğun olaraq gələn il əkilən ağacların sayının 3 mln-a çatdırılması nəzərdə tutulur. Ümumilikdə isə, respublikada 10 mln. ağacın əkilməsi planlaşdırılır.

Suvarma sistemi qurulmuş ərazilərdə əkilən ağacların 95%-ə qədəri tutub. Ümumiyyətlə, ötən il ölkə üzrə əkilən ağacların 73%-də bitiş alınıb. Bu il isə həmin göstəricinin 80-85%-ə çatdırılması gözlənilir. Bunun üçün ağac əkilən ərazilərdə müvəqqəti suvarma sistemləri qurulur.

H.Bağırovun sözlərinə görə, dövlət başçısının tapşırığına əsasən, ölkədə geniş yaşıllaşdırmanı nəzərdə tutan «Nəcibləşdirmə proqramı» hazırlanır. Bu proqramda şəhərin daxilində küçələrin kənarı ilə yanaşı, massiv şəklində yaşıllıqların salınması, həm də landşaft gözəlləşdirilməsi (çılpaq ərazilərin yaşıllaşdırılması) nəzərdə tutulur: «Bununla bağlı layihə hazırlanıb, indi onun razılaşdırılması prosesi gedir. Amma Nazirlik bu razılaşdırmanı gözləmədən yaşıllaşdırmaya başlayıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR