Bank Of Baku

Azərbaycanın yaşıllaşdırma üçün xaricdən aldığı ağacların qiyməti 1,75-17 manat arasında dəyişir

Azərbaycanın yaşıllaşdırma üçün xaricdən aldığı ağacların qiyməti 1,75-17 manat arasında dəyişir
# 27 noyabr 2010 14:00 (UTC +04:00)
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun «APA-Economics»ə verdiyi məlumata görə, ölkədə əsasən sürünən ardıc, şam, Eldar şamı, üzüm, tuya, suvarma mümkün olduğu yerlərdə akasiya ağacları əkilir. Ağaclar seçiləndə onların yaşıllıq yaratması və susuzluğa davamlığına fikir verilir.

Əkilən ağacların əksəriyyəti (təqribən 90%-i) Ekologiya Nazirliyinin meşə idarələrinin nəzdində yaradılmış tingliklərdə yetişdirilir, qalan hissə xaricdən alınır. Məsələn, bu il Nazirlik Türkiyədən 200 minədək zeytun kolu alıb. Yeri gəlmişkən, indiyədək zeytun kolunun ixracına qadağa qoymuş Türkiyə tərəfi Azərbaycanın müraciətindən sonra buna etiraz etməyib. H.Bağırovun sözlərinə görə, zeytun ağaclarını Türkiyədən gətirmək daha sərfəlidir – onların qiyməti Yunanıstana nisbətən daha ucuzdur: «Oradan ağacın biri 1,75 manata başa gəlir – bu Bakıda bazarda satılan ağaclardan da ucuzdur».

Nazirin sözlərinə görə, ümumiyyətlə ərazilərin yaşıllaşdırılması üçün Nazirliyin xaricdən aldığı ağacların qiyməti 1,75 manatdan 15-17 manat arasında dəyişir: «Ən bahalı ağaclar, məsələn, daha estetik görünüşü olan, palma - 15 manata alınır. Halbuki Bakı bazarında bunlar 40-50 manata satılır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR