Bank Of Baku

Balakəndə ağacəkmə aksiyası keçirilib

Balakəndə ağacəkmə aksiyası keçirilib
# 27 noyabr 2010 18:21 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Bu gün Balakəndə növbəti ağacəkmə aksiyası keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala börosuna Balakən rayon İcra Hakimiyyəti aparatından məlumat verilib.
Məlumata görə, 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə bağlı keçirilən ağacəkmə aksiyasında rayonun idarə və təşkilatları, o cümlədən rayon ictimaiyyətinin bütün təbəqələri fəallıq göstərir.
Keçirilən aksiyada Balakən Meşələrin Bərpası və Mühafizəsi idarəsinin ağac yetişdirmə məntəqələrində becərilmiş qoz, cökə, küknar, akasiya, şabalıd və digər növ ağacların tinglərindən istifadə edilir.
Bu gün baş tutan ağacəkmə aksiyasında rayonun magistiral yollarının kənarlarında və müvafiq ərazilərdə ümumilikdə 7500 ədəd ağac əkilib.

Balakən RİH-dən APA-ya bildirilib ki, 2010-cu ilin “Ekologiya ili” elan etməsi ilə bağlı bu günə kimi rayon ərazisində ümumilikdə 142 min müxtəlf növ ağac və gül kolları əkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR