Bank Of Baku

Azərbaycanda iaşə obyekti və restoranlarda qanunsuz saxlanılan vəhşi heyvanlar və quşlar müsadirə olunaraq götürülüb

Azərbaycanda iaşə obyekti və restoranlarda qanunsuz saxlanılan vəhşi heyvanlar və quşlar müsadirə olunaraq götürülüb
# 29 noyabr 2010 07:08 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları respublika ərazisində vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılmasının qarşısını almaq məqsədilə 15-25 noyabr tarixlərində növbəti reyd keçiriblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Beyləqan rayonunda fəaliyyət göstərən “Həyat” restoranından 3 canavar, 3 qartal, 3 anqurt quşu, 3 qutan quşu və 1 qu quşu, Samux rayonundakı şərab zavodunun həyətindən 2 ayı, Şamaxı rayonunda fəaliyyət göstərən “Qızıl daş” restoranından isə 1 maral müsadirə olunaraq götürülüb.
Qanunu pozmuş şəxslər Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında” qanununa müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR