Bank Of Baku

Salyanda tarixi abidə olan Ağahüseyn məscidi bərpa edilir - FOTO

Salyanda tarixi abidə olan Ağahüseyn məscidi bərpa edilir - <font color=red>FOTO</font>
# 29 noyabr 2010 08:03 (UTC +04:00)
Salyan. Əlibəy Zeynallı - APA. Salyanda Kür daşqınları zamanı zədələnmiş tarixi Ağahüseyn cümə məscidi bərpa edilir. Bu barədə APA-nın Mil-Muğan bürosuna Mədəniyyət və Turizm Nazirliyinin Salyan şöbəsinin müdiri Elçin Hüseynov məlumat verib. Onun bildirdiyinə görə, rayon rəhbərliyi Mədəniyyət və Turizm Nazirliyi qarşısında məsələ qaldırdıqdan sonra məsciddə tikinti-bərpa işlərinə başlanıb. Bərpa prosesində əsasən məscidin uçmuş kərpiclərindən də istifadə olunur. Artıq məscidin uçmuş divarı, sütunları və 15 tağı bərpa olunub. Çökəkdə yerləşən məscidi qrunt sularından qorumaq üçün ətrafda qapalı drenaj sistemi də qurulub.

Qeyd edək ki, Ağahüseyn cümə məscidi Mədəniyyət və Turizm Nazirliyinin qorunan abidələr reyestrinə daxil edilib. Məscid 1865-ci ildə inşa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR