Bank Of Baku

Azərbaycan ərazisində buludlu, dumanlı və çiskinli hava proqnozlaşdırılır, bəzi yerlərdə yağış yağacaq

Azərbaycan ərazisində buludlu, dumanlı və çiskinli hava proqnozlaşdırılır, bəzi yerlərdə yağış yağacaq
# 29 noyabr 2010 08:59 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, şimal-şərq küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 13-15, axşam 11-13 dərəcə isti olacaq.

Noyabrın 30-da hava dəyişkən buludlu keçəcək, əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 9-12, gündüz 16-19 dərəcə isti olacaq.

Dekabrın 1-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Gecə 10-12, gündüz 15-17 dərəcə isti olacaq.

Dekabrın 2-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-11, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 30-da hava, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Gecə 8-12, gündüz 19-24, dağlarda gecə 6-10, gündüz 17-22 dərəcə isti olacaq.

Dekabrın 1-2-də hava, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin dekabrın 2-də axşam bəzi şimal və şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-10, gündüz 20-24, dekabrın 2-də 15-19, dağlarda gecə 5-7, gündüz 15-19, dekabrın 2-də 9-14 dərəcə isti olacaq.

Noyabrın 30-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Sonrakı gündə mülayim şimal-qərb küləyinin üstünlüyü, meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR