Bank Of Baku

Naxçıvan Muxtar Respublikası daxili işlər və vergi orqanlarında vakant iş yerləri üzrə keçirilən test imtahanının nəticələri açıqlanıb

Naxçıvan Muxtar Respublikası daxili işlər və vergi orqanlarında vakant iş yerləri üzrə keçirilən test imtahanının nəticələri açıqlanıb
# 29 noyabr 2010 09:19 (UTC +04:00)
Bakı-APA. Naxçıvan Muxtar Respublikası (MR) daxili işlər və vergi orqanlarında vakant iş yerlərinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən imtahanların nəticələri TQDK-nın internet saytında yerləşdirilib. Naxçıvan MR daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı test imtahanı nəticəsində 1 nəfər, Naxçıvan MR vergi orqanlarına qəbulla bağlı test imtahanında 3 nəfər müsabiqə şərtlərini ödəyərək (65 və daha yüksək bal toplayaraq) növbəti mərhələdə iştirak hüququ qazanıblar.
Qeyd edək ki, TQDK noyabrın 27-də Naxçıvan MR daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı və MR-in vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib. Daxili işlər orqanlarının müsabiqəsində iştirak etmək istəyən 33 nəfərin, vergi orqanlarında elan olunmuş müsabiqəyə 14 nəfərin namizədliyi qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR