Bank Of Baku

Azərbaycan Milli Elmlər Akademiyası ilə Fransa Milli Araşdırmalar Mərkəzi arasında müqavilə imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyası ilə Fransa Milli Araşdırmalar Mərkəzi arasında müqavilə imzalanıb
# 29 noyabr 2010 09:34 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimovun Fransaya səfəri çərçivəsində Fransa Milli Araşdırmalar Mərkəzi (FMAM) ilə AMEA arasında müqavilə imzalanıb. Akademiyadan APA-ya verilən məlumata görə, səfər zamanı M. Kərimov FMAM idarə heyətində qurumun direktoru ilə yeni layihələrin yerinə yetirilməsi sahəsində əməkdaşlığa dair müqavilə də imzalayıb. Bu, əsasən Azərbaycanda mühüm əhəmiyyət kəsb edən geofizika və arxeoloji sahələri əhatə edir. Müqaviləyə əsasən bu layihələri Fransa tərəfi maliyyələşdirəcək.

Fransa Milli Araşdırmalar Mərkəzində bağlanmış müqavilə Azərbaycanda elmin inkişafı, milli kadrların yetişdirilməsi ilə bağlı dövlət proqramının müvəffəqiyyətlə yerinə yetirilməsində böyük rol oynayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR