Bank Of Baku

Türkiyənin 9 dövlət orqanını təmsil edən rəhbər işçilərdən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib

Türkiyənin 9 dövlət orqanını təmsil edən rəhbər işçilərdən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib
# 29 noyabr 2010 11:26 (UTC +04:00)
Bakı-APA. Türkiyə Respublikasının 9 dövlət orqanını təmsil edən 15 nəfər rəhbər işçilərdən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Bu barədə APA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat katibi Asəf Əliyev bildirib. Məlumata görə, səfər Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”na əsasən hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə həyata keçirilir.
Nümayəndə heyətinin səfəri ilə bağlı noyabrın 30-da Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Mərkəzində (Bakı şəhəri, Neftçilər prospekti 44) İqtisadi İnkişaf Nazirliyinin “Azərbaycanın iqtisadi siyasəti və dünya iqtisadiyyatına inteqrasiya” mövzusunda təqdimatı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR