Bank Of Baku

Azərbaycanın Yardımlı rayonunda 3 yeni məktəb binasının açılışı olub

Azərbaycanın Yardımlı rayonunda 3 yeni məktəb binasının açılışı olub
# 29 noyabr 2010 11:27 (UTC +04:00)
Yardımlı. Ağəddin Babayev – APA. Azərbaycanın Yardımlı rayonunun Osnağaran, Horavar və Ləzir kəndlərində yeni tikilmiş müasir tipli orta məktəblər istifadəyə verilib. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimlərdə rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov, “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin vitse- prezidenti Şamo Xəlilov çıxış edərək yerli sakinlərə təbriklərini çatdırıblar.
Qeyd olunub ki, Osnağaran kəndində cari ilin iyun ayından tikintisinə başlanan məktəb iki mərtəbəli olmaqla 180 şagird yerlik, Ləzir kəndində cari ildə tikintisinə başlanan məktəb bir mərtəbəli olmaqla 24 yerlik, Horavar kəndində inşasına cari ilin may ayından başlanan məktəb isə iki mərtəbəli olmaqla 220 şagird yerlikdir.
Tikinti işlərini “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti aparıb. Horavar və Osnağaran orta məktəbində 11 tədris otağı, direktor otağı, müəllimlər otağı, kitabxana, bufet, həmçinin fizika kabineti və kimya-biologiya laboratoriyası, Ləzir ibtidai məktəbində isə 6 sinif otağı var. Kompüter otağında neutbuklar yerləşdirilib. Hər üç məktəb ən müasir tədris avadanlıqları ilə təchiz olunub. Məktəblərin istilik-qızdırıcı sistemi ilə təchiz olunması da nəzərə alınıb. O da diqqətə çatdırılıb ki, son beş ildə Yardımlı rayonunda 52 yeni orta məktəb binası tikilərək şagirdlərin istifadəsinə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR