Bank Of Baku

Qubada qeyri-qanuni fəaliyyət göstərən ticarət və iaşə obyektləri sökülür

Qubada qeyri-qanuni fəaliyyət göstərən ticarət və iaşə obyektləri sökülür
# 29 noyabr 2010 12:23 (UTC +04:00)
Quba. Könül Abdullayeva – APA. Qubada qeyri-qanuni fəaliyyət göstərən ticarət və iaşə obyektlərinin sökülməsinə başlanılıb. Bu məqsədlə rayon İcra Hakimiyyətində xüsusi komissiya yaradılıb. APA-nın şimal bürosunun məlumatına görə, Quba şəhərindəki şəxsi tikintilərin, həmçinin ticarət və iaşə obyektlərinin rəsmi sənədlərini araşdıran komissiya bir sıra qanunsuz halları aşkara çıxarıb. Məlum olub ki, səki və yaşıllıq zolaqlarının üzərində yerləşən köşk, ticarət və iaşə obyektləri əslində rəsmi icazə olmadan tikilib. Qeyri-qanuni fəaliyyət göstərən obyektlərin sökülməsinə qərar verilib. Komissiya sədri Sahib Məmmədovun APA-nın şimal bürosuna verdiyi məlumata görə, artıq 10-dək ticarət obyektinin fəaliyyətinin dayandırılması və həmin obyektlərin sökülməsi haqqında sərəncam verilib. Komissiya sədri onu da bildirib ki, sökülən köşklərin sahibləri müraciət etdiyi halda onlara yeni obyektlərin tikilməsi üçün müvafiq torpaq sahələri ayrılacaq. Sökülən obyektlərin ərazisində isə yenidən yaşıllıq zolağı və səkilər yaradılacaq. Uzun müddət qapalı və darısqal vəziyyətə düşən iki küçədə isə hərəkət bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR