Bank Of Baku

Sumqayıtda Almaniya nümayəndə heyəti ilə görüş keçirilib

Sumqayıtda Almaniya nümayəndə heyəti ilə görüş keçirilib
# 29 noyabr 2010 13:15 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətində Almaniya Federativ Respublikasının Lüdviqshafen şəhər nümayəndə heyəti ilə görüş keçirilib.

Sumqayıt ŞİH-dən “APA-Economics”ə verilən xəbərə görə, çirklənmiş ərazilərin sağlamlaşdırılması və məişət tullantılarının idarəçiliyi sahəsində ixtisaslaşmış alman ekspertlər ŞİH müavini A.Zeynalov tərəfindən qəbul edilib. Görüşdə şəhərlər arasında bu sahədə görülmüş işlər, həyata keçirilmiş layihələr və qarşıda duran məsələlər barədə müzakirə aparılıb.

A.Zeynalov Sumqayıt şəhər Təmizlik Departamenti tərəfindən məişət tullantılarının toplanması, daşınması və poliqonda zərərsizləşdirilməsi istiqamətində işlərin yüksək səviyyədə təşkil olunduğunu, Sumqayıtda Avropa təcrübəsinin uğurla tətbiq edildiyini bildirdi. Tullantıların təkrar emalı sahəsində Lüdviqshafen şəhərinin təcrübəsinin öyrənildiyini qeyd edən başçının müavini yaxın müddətdə Sumqayıtda da tullantıların emalı müəssisəsinin inşasının nəzərdə tutulduğunu qeyd etdi. Lüdviqshafen şəhərinin tullantı təsərrüfatının rəhbəri K.Noyşvender iki qardaş şəhər arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini bildirərək, Sumqayıtın ildən-ilə daha abad və təmiz olduğunu vurğuladı. Dörd günlük səfər çərçivəsində nümayəndə heyəti Sumqayıtda, eləcə də paytaxt Bakıda bir sıra dövlət qurumlarında və özəl müəssisələrdə danışıqlar aparacaqlar.

Qeyd edək ki, səfər Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən Cənubi Qafqazda Yerli Özünüidarəetmə İnkişafına Dəstək Proqramı çərçivəsində baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR