Bank Of Baku

Azərbaycandakı yaşayış məntəqələrinin 75,5 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur

Azərbaycandakı yaşayış məntəqələrinin 75,5 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur
# 29 noyabr 2010 13:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Hazırda Azərbaycanda mövcud olan 3532 yaşayış məntəqəsinin yalnız 865-də, yəni 24,5 faizində məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. APA-nın məlumatına görə, Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva bildirib ki, 2667 yaşayış məntəqəsində, yəni ümumilikdə yaşayış məntəqələrinin 75,5 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur.
Bundan əlavə, hazırda 361 müəssisədə 1768 məcburi köçkün ailəsi məskunlaşıb.
N. Alnağıyeva deyib ki, bağça binasında həm ailələrin məskunlaşması, həm də təlim-tərbiyə işlərin aparılması ümumi işə maneçilik törədir.
Sektor müdirinin sözlərinə görə, ümumilikdə Azərbaycanda özəlləşdirilməyə açıq elan edilən 240 məktəbəqədər təhsil müəssisələrinin 113-ü Bakıdadır. Özəlləşdirilmiş 83 məktəbəqədər təhsil müəssisəsindən 83-ü paytaxtın payına düşür. Həmin müəssisələrdən yalnız 7-si öz profili üzrə işləyir. Onlardan 6-sı Bakıda, 1-i Sumqayıtdadır: “Özəlləşdirilmiş bağçalar gözləmə mövqeyi saxlayaraq ya qapılarını qıfıllı saxlayır, ya da dükanlar kimi fəaliyyət göstərirlər”.
N. Alnağıyev deyib ki, məktəbəqədər təhsil müəssisələri üçün nümunəvi nizamnamə hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR