Bank Of Baku

Bakı şəhəri üzrə ümumi əmək yarmarkasının keçirilməsi dayandırılıb

Bakı şəhəri üzrə ümumi əmək yarmarkasının keçirilməsi dayandırılıb
# 29 noyabr 2010 15:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi Bakı şəhəri üzrə ümumi əmək yarmarkasının keçirilməsini dayandırıb.

Nazirliyin Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov APA-ya bildirib ki, artıq əmək yarmarkası Bakının rayonları üzrə qruplaşdırılaraq keçiriləcək. Hər yarmarkada Bakının iki və ya üç rayonunun məşğulluq xidməti orqanları tərəfindən işaxtaranlara vakant iş yerləri təqdim ediləcək.

Ş.Xələfov deyib ki, bu yenilik işaxtaranlara iş tapmaq üçün daha geniş imkanlar verəcək. Belə ki, bir yarmarkada iştirak edən, amma özünə iş tapa bilməyən şəxs növbəti yarmarkada iş tapmaq imkanı əldə edəcək. Bakı şəhərində yarmarkaların dekabr ayı ərzində bir necə dəfə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Bakı şəhəri üzrə yarmarkanın dekabrın 1-2-də keçirilməsi nəzərdə tutulmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR