Bank Of Baku

Sabirabadda ev quşları arasında kütləvi tələfat var

Sabirabadda ev quşları arasında kütləvi tələfat var
# 30 noyabr 2010 08:12 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynalov - APA. Sabirabad rayonunda ev quşları arasında kütləvi tələfat halı qeydə alınıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayonunun Axtaçı, Güdə Cühür, Azadkənd, Xankeçən, Həşimxanlı kəndlərinin sakinləri bildirib. Məlumata görə, xarici görünüşündə heç bir xəstəlik əlamətləri müşahidə olunmayan ev quşlarında bir gün ərzində boyunlarını dartma halına təsadüf olunur. Belə halda olan quşlar tez bir zamanda tələf olurlar. Sabirabad rayon Baytarlıq İdarəsinin müdiri Fikrət Rəsulov APA-ya onlarda bu barədə dəqiq məlumat olmadığını deyib. Onun sözlərinə görə, qeyd edilən əlamətlər parazit xəstəliyinə xasdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR