Bank Of Baku

Dekabrın 2-dən Azərbaycanda havalar soyuyacaq, güclü küləklər əsəcək

Dekabrın 2-dən Azərbaycanda havalar soyuyacaq, güclü küləklər əsəcək
# 30 noyabr 2010 09:50 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, yaxın günlərdə hava şəraitində mühüm dəyişiklik gözlənilməsə də, dekabrın 2-si günün ikinci yarısından Azərbaycan ərazisində hava soyuqlaşacaq. Dekabrın 2-si axşam və dekabrın 3-də gecə və səhər şimal küləyi güclənəcək. Küləyin sürəti saniyədə 15-20, arabir 23-28 metrədək güclənəcək. Şimal küləyinin əsməsi ilə əlaqədar dekabrın 2-də artıq havanın temperaturu 3-4 dərəcə aşağı enəcək. Hava şəraitinin dəyişkənliyi əsasən Bakı, Abşeron yarımadasında, respublikanın şərq rayonlarında hiss ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR