Bank Of Baku

Nazirlər Kabineti “2011-2015-ci illər üçün talassemiyanın müalicə və profilaktikası üzrə Tədbirlər Proqramı”nı təsdiq edib

Nazirlər Kabineti “2011-2015-ci illər üçün talassemiyanın müalicə və profilaktikası üzrə Tədbirlər Proqramı”nı təsdiq edib
# 30 noyabr 2010 10:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti «2011-2015-ci illər üçün talassemiyanın müalicə və profilaktikası üzrə Tədbirlər Proqramı»nı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qərarda qeyd olunur ki, Azərbaycan talassemiyanın geniş yayıldığı və bu xəstəliyin diyar patologiyası hesab edilən ölkələr sırasındadır. Hər il respublikada 300-ə yaxın uşaq bu xəstəliklə doğulur. Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş və 2006-2010-cu illəri əhatə edən "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi bu xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə, onların qan və dəmirqovucu preparatlarla təminatının yaxşılaşmasına səbəb olub. Görülən tədbirlərə baxmayaraq, həmin xəstəliklə qeydiyyata düşən şəxslərin sayı ilbəil artır və hazırda rəsmi statistikaya əsasən Azərbaycanda talassemiyalı xəstələrin sayı 1800-ə yaxındır. Hökumətdə hesab edirlər ki, hazırda müalicə tədbirləri ilə yanaşı, əsas diqqət talassemiyanın profilaktikasına və əhalinin bu sahədə sosial səfərbərliyinə istiqamətlənməlidir. Təsdiqlənmiş Tədbirlər Proqramı talassemiyalı xəstələr üçün tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstə uşaqların doğulmasının qarşısının alınmasına yönəlib.

Tədbirlər Proqramı çərçivəsində bir sıra işlərin həyata keçirilməsi planlaşdırılır. Bura talassemiya daşıyıcılarının aşkar edilməsi və tibbi-genetik məsləhətlərin təşkili, talassemiya daşıyıcılarının aşkar edilməsi məqsədi ilə nikahdan qabaq müayinələrin təşkili, talassemiya daşıyıcılarının skrininqinin aparılması məqsədi ilə şəhər və rayonlarda laboratoriyaların yaradılması, respublika üzrə təsdiqedici testlərin aparılmasının B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda, Talassemiya Mərkəzində və 7 regional laboratoriyada ( Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba, Şirvan, Göyçay) təşkili, dölün prenatal diaqnostikası, talassemiyanın müalicəsinin təkmilləşdirilməsi, radikal müalicəsinin - sümük iliyi transplantasiyasının tətbiqi istiqamətində tədbirlərin həyata keçirilməsi, belə xəstələrin və daşıyıcılarının registrinin yaradılması, orta məktəblərin biologiya üzrə tədris proqramına talassemiya haqqında qısa məlumatın daxil edilməsi və s. daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR