Bank Of Baku

Rusiya əhalisi köhnə məişət avadanlıqlarını təhvil verməklə yenisini ala biləcək

Rusiya əhalisi köhnə məişət avadanlıqlarını təhvil verməklə yenisini ala biləcək
# 30 noyabr 2010 10:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yaxın gələcəkdə Rusiya əhalisi köhnə məişət avadanlıqlarını təhvil verərək, əvəzində enerjiyə qənaət standartlarına cavab verən yenisini alacaq.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hələ XIX əsrdə Rusiya enerji baxımından ən effektiv ölkələrdən sayılır, rus sobasının faydalı iş əmsalı 33% təşkil edirdi. Halbuki həmin vaxt Avropa sobalarının faydalı iş əmsalı cəmi 8-10%-ə bərabər idi.

Hazırda Rusiyada bir çox inkişaf etmiş ölkələrlə müqayisədə enerji sərfiyyatı 2,5-3,5 dəfə çoxdur. Bunun nəticəsi olaraq Rusiya hökuməti bir sıra tədbirlərin icrasına başlayıb. Məsələn, 2009-cu ildə ölkə hökuməti enerji effektliyi və enerjiyə qənaət haqqında qanun qəbul edib, bir müddət öncə isə Rusiya hökuməti müvafiq proqramı da təsdiqləyib ki, bu proqram 2020-ci ilədək icra olunacaq. Sözügedən proqram Rusiya üçün 9,53 trln. rubla (315 mlrd. ABŞ dolları) başa gələcək və həm müəssisələri, həm də əhalini əhatə edəcək.

Ölkə əhalisi köhnə məişət avadanlıqlarını yenisi ilə (enerjiyə qənaətli) əvəzləyə biləcək. Analoji proqram Rusiyada avtomobil bazarında da tətbiq edilir və son illər ərzində ən uğurlu icra olunanlardan sayılır.

Enerjiyə qənaət proqramı çərçivəsində əhali 15 ildən artıq istismar olunan paltaryuyan maşın və soyuducuları təhvil verərək, əvəzində 1-2 min rubl (35-65 dollar) vəsait alacaq. Eyni zamanda Rusiya əhalisi köhnə məişət avadanlıqlarını özləri heç yerə aparmayacaq. Belə ki, proqramda iştirak edənlərin mənzillərinə xüsusi fəhlələr gələrək məişət avadanlıqlarını aparacaq.

Mütəxəssislərin fikrincə, hazırda Rusiyada mənzillərdə istifadə olunan soyuducuların 15%-i hələ SSRİ dövründə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR