Bank Of Baku

UNİSEF-in Azərbaycandakı nümayəndəsi Tərtərdə olub

UNİSEF-in Azərbaycandakı nümayəndəsi Tərtərdə olub
# 30 noyabr 2010 10:30 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. UNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Harverad Tərtər rayonunda olub. APA-nın Qarabağ bürosunun məlumatına görə, Tərtər rayon İcra Hakimiyyətində görüş keçirən nümayəndə, daha sonra rayonda aparılan abadlıq işləri ilə tanış olub.
M. Harverad ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi «Tərtər rayonunda mina qurbanları və müharibədən zərərçəkənlər üçün Regional Peşə Təlim Mərkəzi yaradılması» layihəsi çərçivəsində keçirilən təlim prosesini izləyib. UNİSEF təmsilçisi Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində təmirə ehtiyac duyan orta məktəb binasına baxış keçirib.

M. Harverad jurnalistlərlə söhbətində bildirib ki, mina qurbanları və müharibədən zərərçəkənlərlə bağlı həyata keçirilən layihələr çox təqdirəlayiqdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR