Bank Of Baku

DUİ növbəti Qarabağ Forumu keçirəcək

DUİ növbəti Qarabağ Forumu keçirəcək
# 07 fevral 2011 12:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. DUİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub.

Sədrlər Şurası fevralın 15-də Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında dəyirmi masa, o cümlədən Xocalı soyqırımı ərəfəsində növbəti Qarabağ Forumunun keçirilməsi haqda qərar qəbul edib.

Yığıncaqda ictimai-siyasi vəziyyətlə bağlı bəyanat qəbul olunub. Bəyanatda iqtidarla mübarizə məqsədilə bütün siyasi qüvvələr əməkdaşlığa çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR