Bank Of Baku

Həkimlər üçün revmatologiya ixtisası üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb

Həkimlər üçün revmatologiya ixtisası üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb
# 07 fevral 2011 12:44 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssisləri üçün keçirilən sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 2-də revmatologiya ixtisası üzrə keçirilən imtahanda 7 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərin 4 nəfəri uğurlu nəticələr əldə edib. Qalan 3 həkim isə imtahanda tələb olunan balı toplaya bilməyib.

İmtahanın şərtlərinə görə, 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılırlar.

Növbəti imtahan mikrobiologiya ixtisası üzrə fevralın 16-da keçiriləcək.
Qeyd edək ki, həkimlərin sertifikasiya prosesinə yanvardan başlanılıb. Yanvar ayı ərzində 8 ixtisas üzrə imtahan keçirilib. Bu imtahanlarda iştirak edən 170 həkimin 157-i (92%) uğurlu nəticələr əldə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR