Bank Of Baku

Torpaqşünasların qurultayı keçiriləcək

Torpaqşünasların qurultayı keçiriləcək
# 07 fevral 2011 14:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu il oktyabrın 17-19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya Elmləri Bölməsi, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Torpaqşünasları Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Torpağı qoruyub, özümüzü qoruyaq” devizi altında Azərbaycan torpaqşünaslarının III qurultayı keçiriləcək. AMEA-nın mətbuat xidmətində APA-ya verilən məlumata görə, qurultaya xarici ölkələrdən də nümayəndələr qatılacaq.

Qurultayda torpağın istifadəsi və qorunmasının müasir problemləri, torpağın fiziki xüsusiyyətləri, kənd təsərrüfatının çətin vəziyyətlərə uyğunlaşması problemləri, torpaqşünaslıqda və ətraf mühitin qorunmasında informasiya texnologiyaları, ekologiya və torpağın qorunması, eroziyaya qarşı torpağın bioloji qorunması, aqrokimya və torpağın gübrələnməsi, torpaq resurslarının səmərəli istifadəsi və qorunması sahəsində maarifləndirici tədbirlər kimi mövzularda məruzələr dinləniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR