Bank Of Baku

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü Biləsuvarda coşqu ilə qeyd olunub

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü Biləsuvarda coşqu ilə qeyd olunub
# 07 fevral 2011 18:35 (UTC +04:00)
Bakı-APA. Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü doğum günü, böyüyüb boya-başa çatdığı Biləsuvarda müxtəlif tədbirlərlə geniş şəkildə qeyd olunub.

Biləsuvarda keçirilən, millət vəkili Qənirə Paşayeva və İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın, eləcə də rayon rəhbərliyinin, yerli ziyalıların, Mübariz İbrahimovun ailə üzvlərinin və gənclərin qatıldığı tədbirlərdə, Qəhrəmanın ömür yoluna bir daha nəzər salınıb, ruhu coşqu ilə yad edilib.

Millət vəkili Qənirə Paşayeva Mübariz İbrahimovun adını daşıyan liseydə, eləcə də şəhidin atası evində keçirilən tədbirlərdə Qəhrəmanlıq, Qəhrəmanlığın heç bir qorxu, sərhəd tanımamağı və bütün digər nəcib özəllikləri barədə, bütün bu keyfiyyətlərin Mübariz İbrahimovun timsalında necə təzahür etməsi barədə danışıb. Öz çıxışında, may ayında Biləsuvarda qəhrəman gizirin abidəsinin ucaldılacağı və ev muzeyinin açılacağı barədə məsələyə də toxunan millət vəkili, istər bu faktı, istərsə də Mübariz İbrahimovun yüksək ada layiq görülməsini, onun adının əbədiləşdirilməsi üçün görülmüş tədbirləri, cəsədinin düşməndən alınaraq dövlət mərasimi ilə paytaxtdakı 2-ci Fəxri Xiyabanda dəfn olunmasını dövlət başçısının şəhidlərə, qəhrəmanlara münasibətinin bariz örnəyi kimi dəyərləndirib.

Millət vəkili Qənirə Paşayeva və Ombudsman Elmira Süleymanova eləcə də digər çıxışçılar Mübariz İbrahimovun gənclərimiz üçün parlaq örnək olduğunu bildirib, gənclərin onun adına layiq ömür yolunu öyrənməyi tövsiyə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR