Bank Of Baku

İçərişəhər ərazisində yerləşən abidələrdə və tarixi binalarda bərpa və konservasiya işləri həyata keçirilir

İçərişəhər ərazisində yerləşən abidələrdə və tarixi binalarda bərpa və konservasiya işləri həyata keçirilir
# 08 fevral 2011 07:26 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a əsasən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İçərişəhər ərazisində yerləşən abidələrdə və tarixi binalarda bərpa və konsevrasiya işləri həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, A. Zeynallı küçəsi, 20 ünvanında yerləşən və 1890-cı ildə inşa olunmuş tarixi binada təmir-bərpa işləri başa çatıb. Binanın fasadı qabaqcıl texnologiyalarının köməyi ilə bərpa edilərək tarixi görkəmi özünə qaytarılıb və bina möhkəmləndirilib. Binanın daxili yüksək standartlara uyğun olaraq təmir olunub, Heydər Əliyev guşəsi yaradılıb, Toğrul Nərimanbəyov, Elbəy Rzaquliyev, Böyükağa Mirzəzadə kimi məşhur rəssamların İçərişəhəri özündə əks etdirən rəsm əsərləri ilə bəzədilib. Simsiz internetlə təmin olunmuş binada iclas zalı, danışıqlar otağı, işçilərin asudə vaxtlarının keçirilməsi üçün sahə mövcuddur. Əvvəllər yaşayış binası olmuş daha sonra “Azərbərpa” Elmi Tədqiqat İnstitutu yerləşən binada Nazirlər Kabinetinin müvafiq qərarına əsasən bərpadan sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi fəaliyyət göstərməyə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR