Bank Of Baku

Misir Mərdanov: “Azərbaycanda peşə təhsil mərkəzlərindən 78-nin əsaslı təmirə ehtiyacı var, 24-ü isə yararsız vəziyyətdədir”

Misir Mərdanov: “Azərbaycanda peşə təhsil mərkəzlərindən 78-nin əsaslı təmirə ehtiyacı var, 24-ü isə yararsız vəziyyətdədir”
# 08 fevral 2011 08:12 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov bildirib. Nazir deyib ki, peşə təhsil mərkəzlərinin 78-nin əsaslı təmirə ehtiyacı var, 24-ü isə işləməyə yararsız vəziyyətdədir.
M. Mərdanovun sözlərinə görə, 2010-cu ildə peşə məktəblərini 10602 nəfər bitirib. Onlardan 3670-i işlə təmin edilib, 3084-ü hərbi xidmətə gedib. Ölkədə peşə təhsilinə tələbatın olduğunu deyən nazirin sözlərinə görə, peşə təhsili müəssisələrinin məzunları daha çox neft-qaz, yüngül sənaye, ağac emalı və digər sahələrə işləməyə üz tuturlar.
Nazir onu da deyib ki, şagirdlərin istehsalat büdcəsində əldə olunan vəsait çox azdır: “Əslində toplanan vəsait real deyil”.

M. Mərdanov qeyd edib ki, ümumilikdə Azərbaycanda 108 peşə təhsil müəssisinin 46-sı lisey, 60-ı peşə təhsil müəssisəsi, 2-si isə peşə tədris mərkəzidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR