Bank Of Baku

İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunmuş elmi seminar keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunmuş elmi seminar keçirilib
# 08 fevral 2011 09:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda 8 fevral - Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunmuş elmi seminar keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən institutun direktoru Rasim Əliquliyev bildirib ki, Beynəlxalq Təhlükəsiz İnternet Günü Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilib. Bu əlamətdar hadisə dünyanın 60-dan çox ölkəsində müxtəlif şüarlar altında qeyd olunur. Avropa Təhlükəsiz İnternet Şəbəkəsi (İNSAFE) tərəfindən koordinasiya edilən tədbirlərin əsas missiyası təhlükəsiz interneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədə mövcud təhlükələrlə bağlı maarifləndirməkdir.

R. Əliquliyevin sözlərinə görə, müasir cəmiyyətdə şəbəkə texnologiyalarından istifadənin kütləviləşməsi kibercinayətkarlığın fəallaşmasına, təhdidlərin miqyasının artmasına gətirib çıxarır: “Əvvəllər müxtəlif məqsədlərə xidmət edən virus və spamlar ayrı-ayrı istifadəçilər üçün narahatlıq yaradırdısa, hazırda bu problem qlobal xarakter daşıyır. Bu günün əsas mahiyyəti də dünya ictimaiyyətinin diqqətini internetdə inkişaf edən təhlükələrə yönəltməkdir. İnternetin formalaşması ayrı-ayrı ölkələrin qanunlarına tabe deyil. İnternet dövlətlərin üzərində yeni bir proses kimi üzə çıxır. Ona görə də internetin tənzimlənməsinin beynəlxalq hüquqi tezisləri işlənilməlidir. Çünki bütün bəşəriyyətin imkanlarından istifadə etmədən, yeni internet dəyərlərini ortaya çıxarmaq mümkün deyil. İnternetdə yaranan təhlükələrə qarşı bütün ölkələr beynəlxalq səviyyədə hərəkət etməlidir. Xüsusən alimlərin qarşısında böyük vəzifələr durur. Alimlər interneti yaratdığı kimi, internetdə olan təhlükələrin də qarşısının alınmasının yollarını tapmalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR