Bank Of Baku

ADU-nun rektoru Polşa səfiri ilə görüşüb - FOTO

ADU-nun rektoru Polşa səfiri ilə görüşüb - <font color=red>FOTO</font>
# 08 fevral 2011 10:05 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov Polşanın Azərbaycandakı səfiri Mikal Labenda ilə görüşüb. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə universitetlərarası əlaqələr və bir sıra maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Rəhbərlik etdiyi təhsil ocağı haqda danışan Səməd Seyidov universitetdə bir çox istiqamətlər üzrə müxtəlif ixtisasların mövcud olduğunu bildirib.
Səfir Mikal Labenda iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib. Diplomat Polşa universitetləri və ADU arasında gələcək əməkdaşlıq perspektivlərinin də olduğunu deyib. Mikal Labenda Polşa universitetlərində Azərbaycan dilinin tədrisinin və Azərbaycanşünaslıq ixtisasının açılmasının mümkünlüyündən danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR