Bank Of Baku

Ötən ilin 6 ayı ərzində etik davranış qaydalarını pozduqlarına görə 11 dövlət qulluqçusu işdən çıxarılıb

Ötən ilin 6 ayı ərzində etik davranış qaydalarını pozduqlarına görə 11 dövlət qulluqçusu işdən çıxarılıb
# 08 fevral 2011 13:17 (UTC +04:00)
Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının (2007-2011-ci illər) icrası ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün təlimlər keçirilib. Həmin təlimlərdə dövlət qulluqçularının etik davranış qaydaları və onun əhəmiyyəti, vicdanlı və mədəni davranış, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydaları, etik davranış qaydalarına əməl olunmasına nəzarət və etik davranış qaydalarının pozulmasına görə məsuliyyət ilə bağlı mövzular əhatə edilib.

Həmin dövr ərzində Komissiyaya etik davranış qaydalarının pozulması ilə bağlı vətəndaşlar tərəfindən 5 müraciət daxil olub. Həmin müraciətlərdən ikisi əsassız olub, biri üzrə hazırda araşdırılma aparılır, ikisi isə təmin olunub.

Məlumata əsasən, ötən ilin son 6 ayı ərzində mərkəzi icra hakimiyyəti orqanlarından İqtisadi İnkişaf Nazirliyində 4 dövlət qulluqçusuna, Dövlət Statistika Komitəsində 11 dövlət qulluqçusuna, Kənd Təsərrüfatı Nazirliyində 2 dövlət qulluqçusuna, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 7 dövlət qulluqçusuna etik qaydaları pozduqlarına görə intizam tənbeh tədbirləri tətbiq edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 117 dövlət qulluqçusuna qarşı intizam tənbeh tədbirləri görülüb, 7 dövlət qulluqçusunun dövlət qulluğuna xitam verilib, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində 16 dövlət qulluqçusuna intizam tənbeh tədbirləri tətbiq edilib, 1 dövlət qulluqçusunun dövlət qulluğuna xitam verilib.

Yerli icra hakimiyyəti orqanlarından Cəbrayıl rayon İcra Hakimiyyətində 2 dövlət qulluqçusuna, Göygöl rayon İcra Hakimiyyətində 4 dövlət qulluqçusuna, İmişli rayon İcra Hakimiyyətində 7 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib, o cümlədən 2 dövlət qulluqçusunun dövlət qulluğuna xitam verilib. Lerik rayon İcra Hakimiyyətində 2 dövlət qulluqçusuna qarşı intizam tənbeh tədbiri tətbiq edilib, 1 dövlət qulluqçusunun dövlət qulluğuna xitam verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR